ÜST bu dərmanların sınaqlarını dayandırıb


Dünya 04 İyl 2020 23:52:00 177 0

ÜST bu dərmanların sınaqlarını dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilən xəstələrdə hidroksixloroxin (malyariyaya qarşı dərman) və lopinavir/ritonavirin (antiretrovirus dərman) dərmanlarının sınağını dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın saytında yayımlanan açıqlamada bildirilib.

Bildirilib ki, ilkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını göstərdi.