Spotify cütlüklər üçün paket yaratdı


Digərləri 04 İyl 2020 22:45:00 273 0

Spotify cütlüklər üçün paket yaratdı

Spotify ikinəfərlik paketini istifadəyə verib.

Son.az ted.az-a istinadən bildirir ki, Spotify Duo adlanan paket daha çox cütlüklər üçün nəzərdə tutulub.

İki yaxın dost, yaxud ailə üzvlərinin də istifadə edə biləcəyi paket digər paketlərə nisbətən, daha ucuzdur.

Artıq 55 ölkədə aktiv edilən Duo iki nəfərin birlikdə, yaxud ayrılıqda musiqi dinləməkdən zövq alma fürsəti verir.

Duo üçün hazırlanan xüsusi peylistlərin də yer aldığı bu paketdə qeydiyyatdan keçmək də çox asandır. Bunun üçün hesab açmaq, yaxud hesabınıza daxil olmaq lazım gəlir.