Gulfstream G650 yeni standartlar yaradan cet FOTO


Digərləri 04 İyl 2020 21:30:00 151 0

Gulfstream G650  yeni standartlar yaradan cet  FOTO

Gulfstream Aerospace şirkətinin uzunmənzilli biznes cetlərindən biri də G650 modelidir. G700 modelinin təqdim olunmasına qədər, bu model Gulfstream markasının flaqmanı rolunu ifa edirdi. 2008-ci ildə təqdim edilən təyyarə uzunmənzilli uçuş məsafəsi və bu sinifdə standartları müəyyən edən xüsusiyyətləri ilə seçilirdi. Bu günə qədər istehsal edilmiş G650 modellərinin sayı 355 ədədin üzərindədir.

Son.az autograph.az-a istinadən bildirir ki, Gulfstream G650 ceti 0,85 Max sürəti ilə 13.000 kilometr, 0,90 Max sürəti ilə isə 9.500 kilometr məsafə qət etmək iqtidarındadır. Aerodinamik quruluşu sayəsində təyyarə maksimal 0,925 Max sürətini toplaya bilir. Təyyarənin maksimal tavanı 15.500 metr təşkil edir ki, bu da ona hava trafikinin sıx olduğu, həmçinin qeyri-sabit hava şəraiti olan eşalonun üzərində uçmağa imkanı verir.

G650 biznes təyyarəsinin təklif etdiyi rahatlıq səviyyəsi də mükəmməl göstəricilərə malikdir. Cetin salonunun eni 2,59 metr, hündürlüyü isə 1,95 metr təşkil edir. Bu göstəricilər Gulfstream G650 modelini bu sinifdə olan ən iri hava gəmilərindən birinə çevirir. Nəticədə, sərnişinlərin ayaq və başı üzərindəki məkan daha genişdir, bundan başqa, salonun geniş həcmi onu müxtəlif konfiqurasiyada bölməyə imkan verir.

G650 geniş mətbəxə, çalışma və dincəlmə zonalarına, həmçinin geniş baqaj bölməsinə malikdir. Geniş füzelyaj bir cərgədə üç kreslonun quraşdırılmasına imkan verir. Üstəlik, kreslolar arasındakı keçidin də eni kifayət gedər genişdir.

G650 modelinin salonu yüksək rahatlıq səviyyəsi ilə yanaşı, həm də yüksək funksionallığı ilə seçirlir. Bunlara misal kimi, FL510 eşelonundakı 1500 metrlik, FL410 eşelonundakı 1100 metrlik təzyiqi olan mikroiqlimi göstərmək olar. Belə göstəricilər uçuş zamanı yaranan diskomfortu və yorğunluğu azaldır, yaxşı əhval-ruhiyyəni və məhsuldar çalışmanı təmin edir. Salondakı aşağı səs-küy səviyyəsi rahat şəkildə görüşləri keçirməyə və yaxud dincəlməyə şərait yaradır.

Qabaqcıl kondisioner sistemi səssiz çalışır ki, bu da sərnişinləri akustik rahatlıqla təmin edir. Qeyd etmək lazımdır ki, tualet bölməsi ayrıca havalandırılır. İri ölçülü 16 illüminator isə, salonu təbii işıqla doldurur və onsuz da geniş olan salonu vizual olaraq bir qədər də böyütməyə yardım edir.

Salonun layihələndirilməsində tətbiq edilmiş Cabin Essential fəlsəfəsi əsas idarəetmə sistemlərinin təkrarlanmasını nəzərdə tutur. Bu səbəbdən də, sistemlərdən birinin sıradan çıxması onların fəaliyyətinə və salon funksionallığına təsir göstərmir.

Bu, işlənmiş suların yuylub aparılmasının hər zaman çalışdığından, su təchizatının davamlı təmin edildiyindən və əyləncə sistemlərinin hər zaman əlçatan olduğundan xəbər verir.

Gulfstream G650 biznes cetinin pilotları üçün də ən yaxşı iş şəraiti yaradılıb: təyyarə bu sahədə ən yaxşı avadanlıqlardan sayılan PlaneView II  kabini ilə təchiz edilib.

Dörd 14-düymlük LED displeyini, üç ədəd Plane Book planşetini, əsas displeylərin funksionallığını və pilotaj-naviqasiya cihazlarını özündə birləşdirən çoxfunksiyalı ehtiyat displeyini və yer səthinin əngəlləmələrinin ən kiçik ehtimalını belə aradan qaldıran və ərazinin məlumat bazası olan üçölçülü darama meteoroloji radarı özündə cəmləşdirən kabin avadanlığı təyyarənin idarə edilməsini asanlaşdırır və pilotların üzərinə düşən yükü azaldır.