“Saqqallı” bitkinin inanılmaz xeyirləri:


Digərləri 04 İyl 2020 15:30:00 167 0

“Saqqallı” bitkinin inanılmaz xeyirləri:

Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki, yayın ləzzətini doya-doya yaşayacağıq.

Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz faydaları var: Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.

- Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.

- Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.

- Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.

- Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.