Müğənni cazibədar görünüşü ilə heyran etdi


Digərləri 04 İyl 2020 13:51:00 166 0

Müğənni cazibədar görünüşü ilə heyran etdi

Rusiyalı müğənni Vera Brejneva yeni paylaşımı ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ifaçı İnstaqramda sinəsi saçaqlarla bəzədilmiş qeyri-adi libasda fotosunu yayımlayıb.

Brejneva bu görüntüdə yeni klipi üçün kamera qarşısına keçib. O, qeyd edib ki, 5 kiloqram ağırlığında qızıl iplərdən və daşlardan hazırlanan geyim onun bədən quruluşunun  formasına uyğun tikilib.

İzləyicilər məşhurun bu ​​görünüşünü yüksək qiymətləndirib və onu tərif yağışına tutublar. "Çox seksual", "Necə də cazibədar görünürsüz", - deyə onlar qeyd ediblər.