Karantin qadağalarına məhəl qoymayan kafe icarədarının tamahı burnundan gəldi


Digərləri 04 İyl 2020 10:24:00 145 0

Karantin qadağalarına məhəl qoymayan kafe icarədarının tamahı burnundan gəldi

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində "Günəş" kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.