Türkiyədən TERROR ƏMƏLİYYATI:


Dünya 04 İyl 2020 10:44:00 133 0

Türkiyədən TERROR ƏMƏLİYYATI:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, zərbələr iki F-16 qırıcı təyyarəsi tərəfindən həyata keçirilib. İraqın şimalında Avaşin-Basyan rayonunda müəyyən edilən terrorçuların obyektləri hava zərbələri nəticəsində məhv edilib.