Virtual kart bazarında üçqat artım gözlənilir


Digərləri 04 İyl 2020 07:01:00 131 0

Virtual kart bazarında üçqat artım gözlənilir

"Juniper Research" tədqiqat şirkətinin proqnozuna görə, yaxın 5 ildə virtual bank kartlarının köməyi ilə həyata keçirilən tranzaksiyaların həcmi üç dəfədən çox artacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, müvəqqəti rəqəmlər yığımından ibarət virtual bank kartları internetdə pul əməliyyatlarının həyata keçirilməsinə xidmət edir. Belə kartlar yalnız elektron variantda mövcuddur, bu kartlarda maqnit zolağı və sahibin imzası yoxdur, bu da mağazada ödənişi və bankomatlardan istifadəni qeyri-mümkün edir.

Virtual kart PİN kodsuz işləyir. Hesablamalar üçün aşağıdakı parametrlərdən istifadə olunur: kartın nömrəsi, istifadə müddəti və kartın identifikasiyası üçün üçrəqəmli kod. "Mastercard Worldwide" ödəniş sistemində kod "CVC2", "Visa International" sistemində isə "CVV2" adlanır.

Analitiklərin proqnozuna görə, 2020-ci ildə virtual kartların köməyi ilə həyata keçirilən tranzaksiyaların həcmi 1,6 trilyon dollara yaxınlaşacaq və 2025-ci ilədək bu göstərici 5 trilyon dollaradək artacaq.