Pakistanda son sutka ərzində 4087 nəfər koronavirusa yoluxub


Dünya 03 İyl 2020 23:21:00 140 0

Pakistanda son sutka ərzində 4087 nəfər koronavirusa yoluxub

Son 24 saatda Pakistanda COVID-19-a 4087 nəfər yoluxub və xəstələrin ümumi sayı 221 min 896-ya çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sutka ərzində virusdan 78 xəstə ölüb və hazırda dünyasını dəyişənlərin ümumi sayı 4551 nəfərdir. Xəstəxanalarda 103 min 722 pasiyent müalicə alır, 2479 xəstə ağır vəziyyətdədir.