Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub


Dünya 03 İyl 2020 21:25:00 140 0

Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə nazir "Twitter"də məlumat verib.

O, bu gün səhər hərarətinin artdığını bildirib.

"Dərhal evimdə karantin elan etdim. COVID-19 testim pozitiv çıxıb", - deyə Pakistan XİN başçısı qeyd edib.

Nazir vəzifəsini evdən icra edəcəyini vurğulayıb.