Pakistanda qatar zəvvar avtobusu ilə toqquşub:


Dünya 03 İyl 2020 19:30:00 157 0

Pakistanda qatar zəvvar avtobusu ilə toqquşub:

Pakistanın şərqindəki Pəncab əyalətində qatarla zəvvarları aparan avtobus toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 19 zəvvar həlak olub.

Qeyd olunur ki, qəza avtobusun qaydaları pozaraq dəmir yolunu keçməsi nəticəsində baş verib.

Qəza nəticəsində yaralıların da olduğu deyilir. Yaralıların dəqiq sayı açıqlanmasa da, onlar xəstəxanaya yerləşdirilib.