Şahmar Mövsümov: Hər kəs öz məsuliyyətini dərk etməlidir


Digərləri 03 İyl 2020 18:41:00 415 0

Şahmar Mövsümov: Hər kəs öz məsuliyyətini dərk etməlidir

Epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün o epidemiyanın lokallaşdırılması və izolyasiya olunması lazımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, ölən 235 insanın məsuliyyəti müəyyən qədər karantin rejimini pozan insanların üzərindədir: "Hər kəs bu məsuliyyəti dərk etməlidir. Bu ümummilli bir problemdir. Çalışmalıyıq ki, bunun öhdəsindən gələk, şəhərdən çıxmaq, rayona getmək virusun artması deməkdir".