İcazələrdən suiistifadə halları var


Digərləri 03 İyl 2020 17:51:00 162 0

İcazələrdən suiistifadə halları var

"Bəzən müəssisələr işçilərinə icazəni bütün ölkə üzrə alırlar. İşçilər də bundan istifadə edib başqa şəhərlərə gedirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, icazə işçinin yaşadığı şəhər üzrə olur.

O qeyd edib ki, icazə sistemində yeni ezamiyyə bölməsi əlavə edilib. Əgər işçinin digər şəhərə getməsinə zərurət yaranarsa, müəssisə həmin bölməyə daxil olub, ezamın müddəti, vaxtı və digər lazımi xanaları doldurmalıdır. Ezamiyyə icazəsi olduğu halda işçi digər şəhərə buraxılacaq.