Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib


Dünya 03 İyl 2020 15:33:00 147 0

Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi koronavirusdan həyatını itirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib. O, idmançının ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov virusa yoluxduqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş və komaya düşmüşdü. Koronavirus onun orqanizmində digər ağırlaşmalara yol açmışdı.