Türkiyədə GÜCLÜ PARTLAYIŞ


Dünya 03 İyl 2020 15:27:00 144 0

Türkiyədə GÜCLÜ PARTLAYIŞ

Türkiyədə güclü partlayış baş verib.

Son.az xəbər verir ki, partlayış Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fişəng fabrikində baş verib. Türkiyə səhiyyə naziri Fəxrəddin Qocanın açıqlamasına görə, partlayış zamanı 2 nəfərin öldüyü, 73 nəfərin isə xəsarət aldığı bildirilir. 

Partlayışın səsi ərazidən 40-50 kilometr uzaqlıqdan eşidilib. Partlayışın baş verdiyi ərazinin ətrafındakı tikililər dağılıb. 

Artıq əraziyə yanğınsöndürənlər, xilasedicilər, təcili yardım maşınları cəlb ediliblər. 

Təhməz Təkin Son.az