Türkiyədə təhsil alan 19 azərbaycanlı həkim pandemiya ilə mübarizə üçün Azərbaycana gətirilib


Digərləri 03 İyl 2020 15:12:00 148 0

Türkiyədə təhsil alan 19 azərbaycanlı həkim pandemiya ilə mübarizə üçün Azərbaycana gətirilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil almış 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.

Bu barədə Son.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bundan əvvəl REACT-C19 layihəsi çərçivəsində Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparıb. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə apreldə start verilib.