Litvanın mərkəzi hökumət sektorunun kəsiri


Dünya 03 İyl 2020 12:06:00 175 0

Litvanın mərkəzi hökumət sektorunun kəsiri

Cari ilin yanvar-may aylarında Litvanın mərkəzi hökumət sektorunun kəsiri 1,17 milyard avro təşkil edib, bu sektorunun 5 aylıq balansı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard avro az olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Litvanın Maliyyə Nazirliyi yayıb.

Bildirilib ki, yanvar-may aylarında mərkəzi hökumət sektorunun gəlirləri 5,3 milyard avro, xərcləri isə 6,3 milyard avro olub. Qeyri-maddi aktivlər üzrə əməliyyatlardakı dəyişiklik müsbət olmaqla 122,8 milyon avro təşkil edib.

Beş ayda Litvada xərclərin əsas hissəsi sosial ödənişlər (58,2 faiz), dotasiyalar (12,8 faiz), əməkhaqqı və sosial sığortadan (11,4 faiz) ibarət olub.