Bir gündə dünyada ölənlərin sayının təqribən 0.006 faizi koronavirusun payına düşür


Dünya 03 İyl 2020 10:39:00 164 0

Bir gündə dünyada ölənlərin sayının təqribən 0.006 faizi koronavirusun payına düşür

Ötən ilin sonundan etibarən bütün dünyada yayılmağa başlayan koronavirus bir çox insanda qorxuya, təşvişə səbəb olub. Covid-19 bu virusa "inanan", "inanmayan" hər kəsdə, istər-istəməz stres, narahatlıq yaradıb.

İnsanların xəstəliyin ölümcül olmasını düşünməsi stresin daha da artmasına səbəb olur. Halbuki koronavirusun öldürücülük qabiliyyəti çox aşağıdır. Hazırda virusun peyvəndi olmasa da, yoluxanların yarıdan çoxu müalicə olunaraq sağalıb. Lakin mütəxəssislərin fikrincə koronavirusdan tam sağalmaq mümkün deyil və bu virusdan sağalanlar gələcəkdə tənəffüs problemləri yaşaya bilərlər.

Hər gün müxtəlif səbəbdən minlərlə insan dünyasını dəyişir. Gündə təxminən 100 minə yaxın insan ölür. Koronavirusdan ölənlərin günlük sayı isə 6-7 min arası dəyişir. Bu isə gündəlik ölüm hallarının cəmi 0,006 faizinin koronavirusun payına düşməsi deməkdir.

Bundan başqa, koronavirus immun sistemini ciddi zədələsə belə, ölümlərin çoxu yanlış müalicə, gec müdaxilə, süni nəfəs aparatının olmaması səbəbindən baş verir.

Bəxtiyar Umarlı Son.az