Koronovirusa yoluxanların sayı 11 milyona çatır


Dünya 03 İyl 2020 09:51:00 142 0

Koronovirusa yoluxanların sayı 11 milyona çatır

Koronavirusa yoluxanların sayı 11 milyona çatır.

Son.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən dünya üzrə koronavirusa yoluxanların sayı 10,991,800-ü keçib.

524,176 insan koronavirus səbəbindən dünyasını dəyişib. 6 milyondan çox insan isə müalicə olunaraq evə buraxılıb. Bu isə yoluxanların yarıdan çoxunun sağalması deməkdir. Amma mütəxəssislərin fikrincə koronavirusdan tam sağalmaq mümkün deyil.

Koronavirusa görə ən çox ölüm halları ABŞ, Braziliya, Hindistan, İngiltərə və Meksikada baş verir. ABŞ Covid-19a yoluxanların sayına görə siyahıda birinci yerdədir. Karantin rejimi tətbiq olunmayan Braziliya siyahının ikinci yerində qərarlaşıb.

Qeyd edək ki, Koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bəxtiyar Umarlı Son.az