"Adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir"


Dünya 03 İyl 2020 02:30:00 187 0

"Adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir"

İspanların yerdəyişmə azadlığı qaytarılmasına baxmayaraq, adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kralın Konqres tərəfindən qəbul edilmiş yeni fərmanı koronavirusun yayılmasına qarşı mübarizə şəraitində riayət edilməsi zəruri olan davranış qaydalarını tənzimləyir. Bu tədbirlər ölkədə virusun ikinci dalğasının qarşısını almağa yönəlib.

Yaşı 6-dan yuxarı olan şəxslərin maska taxması əvvəlki kimi məcburidir. Təkcə ictimai nəqliyyatda deyil, sizinlə bir yerdə yaşamayan şəxs sizin şəxsi avtomobilinizdə getdiyi halda bu avtomobildə də maska taxmaq lazımdır. Bundan əlavə, küçələrdə, açıq məkanlarda və ya ümumi istifadəli hər hansı qapalı yerlərdə maska taxılması zəruridir.

Qanunun bir mühüm bəndi 1,5 metrlik sosial məsafəyə riayət edilməsi barədədir. Mehmanxanalarda və restoranlarda, o cümlədən terraslarda insanlar (həm işçilər, həm də müştərilər) arasında məsafə bundan az olmamalıdır.

Bu qaydaların pozulmasına görə cərimənin məbləği pozuntunun və onun doğura biləcəyi riskin dərəcəsindən asılı olacaq.

Xatırladaq ki, koronavirus ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyunun 21-də başa çatıb. Ölkədə fövqəladə vəziyyət müddətində təhlükəsizlik qaydalarının pozulmasına görə 9000 nəfər saxlanılıb, 1,2 milyon cərimə yazılıb.