iOS istifadəçiləri üçün qaranlıq rejim aktivləşdirilir FEYSBUKDA


Digərləri 02 İyl 2020 23:45:00 264 0

iOS istifadəçiləri üçün qaranlıq rejim aktivləşdirilir  FEYSBUKDA

Artıq az qala bütün tətbiqlərdə qaranlıq rejimi aktivləşdirilib.

Son.az ted.az-a istinadən bildirir ki, dünyanın ən böyük sosial media platforması olan Feysbuk da trendə uyğun davranaraq iOS istifadəçiləri üçün qaranlıq rejim funksiyasını aktivləşdirməyə hazırlaşır.

Açıqlamaya görə, funksiya artıq müəyyən kütlə üçün əlçatandır. Yaxın günlərdə isə bütün iOS istifadəçilərinə təqdim olunacaq.

Bu gün paylaşılan bir tvit iOS istifadəçisinin Feysbukda qaranlıq rejimə keçməsini göstərir. Funksiya hamı üçün əlçatan olduqdan sonra "Sazlamalar" bölməsindən idarə edilə biləcək.