Türkiyədə koronavirusdan sağalanların sayı 176 min nəfəri ötüb


Dünya 02 İyl 2020 21:52:00 144 0

Türkiyədə koronavirusdan sağalanların sayı 176 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 167 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 186 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 202 284 nəfərə çatıb.