Misirdə koronavirus əleyhinə dərmanların istehsalına başlanılıb


Digərləri 02 İyl 2020 21:55:00 176 0

Misirdə koronavirus əleyhinə dərmanların istehsalına başlanılıb

Misirin "Eva Pharma" əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək "Remdesivir" və "Favipiravir" dərman preparatlarının istehsalına başlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəl qeyd olunan preparat Ebola virusuna yoluxanların müalicəsində istifadə edilib.

ABŞ-ın "Gilead Science" şirkətindən lisenziya alan "Eva Pharma" firması "Remdesivir"i 127 ölkəyə ixrac edəcək. Bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb.

"Favipiravir"in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdırılacaq. Onun yekun qiyməti hələlik müəyyən edilməyib. Bu dərman Yaponiyanın "Avigan" preparatının əvəzedicisidir.