Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək


Digərləri 02 İyl 2020 20:42:00 149 0

Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Ukraynanın İqtisadiyyat Nazirliyinin dövlət müəssisəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Son.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, memorandumun imzalanmasında məqsəd faydalı qazıntı yataqlarının şəffaf şəkildə, elektron hərrac yolu ilə sahibkarlara istismara verilməsi sahəsində Ukraynanın qabaqcıl təcrübəsini öyrənmək və mövcud rəqəmsal texnologiyaları Azərbaycanda tətbiq etməkdir.