ABŞda son bir gündə koronavirusa 50 min nəfər yoluxub


Dünya 02 İyl 2020 21:26:00 130 0

ABŞda son bir gündə koronavirusa 50 min nəfər yoluxub

Koronavirusun ABŞ-a gəlməsindən bəri ilk dəfə ölkə boyu bir gün ərzində yoluxanların sayı 50 min olub.

`Covid İzləmə Layihəsi` çərşənbə günü yoluxma hallarına görə Kaliforniya 9 min 740 nəfərlə birinci yerdə olub. Texas 8 min 776 halla ikinci, Floridanın cənub-şərq regionu 6 min 563 halla üçüncü yerdə olub. Arizona ştatının cənub-qərb regionunda isə 4 min 877 nəfər yoluxub.

Çərşənbə günü koronavirusa bir günlük yoluxma halları ən çox Alyaska, Corciya, Luiziana, Şimali Karolina və Tennessi ştatlarında olub.

Yeni yoluxma halları 8 ştatda çoxsaylı insanın xəstəxanalara yerləşdirilməsi ilə müşayiət edilir. Təkcə Texasda iyunun 1-də 6 904 xəstə qəbul edilib. Ölkənin bu ən böyük ştatlarından biri olan Texasda böhran vəziyyəti yaranıb.