"Get, öz uşaqlarının dərdini çək"


Şou-biznes 02 İyl 2020 17:54:00 162 0

"Get, öz uşaqlarının dərdini çək"

"Yalandan gülüb-danışırıq, amma pis durumdayıq. Sənətkar deyiləm, amma sənətkarlara baxıram, ürəyim ağrıyır. Onlar nə edir? Səhnə, oxumaq istəyirəm. Allah virusun və onu yaradanın başına daş salsın".

Son.az axşam.az-a istinadən bildirir ki,bu sözləri müğənni Niyam Salami "5/5" verilişində qonaq olarkən deyib.

Sənətçi aparıcı Zaur Kamalın "Deyir ki, acından ölürəm" sözlərinə sərt reaksiya verib:

"Acından ölmürəm. Elə bir oğulam ki, dostlarım qoymaz ac qalım. Elə zamana gəldik ki, bir azdan uşağı da sifarişlə edəcəyik. Deyəcəyik, gözləri filan rəng olsun, elə olsun. İstədiyimiz kimi uşaq doğulacaq".