Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb


Dünya 02 İyl 2020 12:48:00 197 0

Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb

Hazırda dünyada koronavirusa qarşı 141 vaksinin hazırlanması davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus deyib.

O bildirib ki, bəzi preparatların tam hazır olmasına bir neçə ay qalır.

ÜST rəhbəri qeyd edib ki bu vaksinlərin tam müdafiə etməsinin təminatı olmasa da, təşkilat vaksinlərə ümid bəsləyir.