Məğlubedilməz boksçu 21 yaşında vəfat etdi


Dünya 02 İyl 2020 11:18:00 153 0

Məğlubedilməz boksçu 21 yaşında vəfat etdi

Məğlubedilməz meksikalı boksçu Aleksandr Qonzalez 21 yaşında xərçəngdən vəfat edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (World Boxing Council, WBC) rəhbəri Maurisio Süleyman açıqlama ilə çıxış edib.

Qeyd olunur ki, idmançı 2019-cu ildən onkoloji xəstəliklə mübarizə aparırdı.

"O, Meksika boksunun böyük ümidlər vəd edən idmançısı idi. Kədərimiz böyükdür, amma Qonzalez heç vaxt unudulmayacaq. Ruhun şad olsun!", -  deyə Dünya Boks Şurasının rəhbəri qeyd edib.