Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi


Digərləri 02 İyl 2020 10:42:00 161 0

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2020-ci tarixində İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub:

"ETSN Qalıncaq kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə müraciət edir ki, meşələrə bu cür münasibət bəsləyənlərə qarşı sərt mövqe tutsunlar, biganə qalmasınlar, qınasınlar və meşələrin mühafizə olunmasında kömək göstərsinlər".