Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər


Dünya 02 İyl 2020 07:35:00 140 0

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyada vəziyyətin inkişafını müzakirə ediblər.

Liderlər, həmçinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.