Polis məşhur bacıların villadakı partisinə müdaxilə etdi


Digərləri 01 İyl 2020 14:45:00 426 0

Polis məşhur bacıların villadakı partisinə müdaxilə etdi

Qonşuları məşhur aktrisa Bensu Soraldan şikayətçi olublar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb serial ulduzunun Bodrumdakı evlərində şənlik təşkil etməsi olub.

O, bacısı Hande Soralla atasının sahib olduğu 7 milyon 650 min lirəlik evdə tez-tez partilər keçirib və qonaqları ilə birlikdə yüksək səsli musiqi sədaları altında rəqs ediblər.

Gecə saatlarına qədər əylənən Bensu barədə qonşuları şikayətçi olub. Hətta sonuncu şənlikdə polis əməkdaşları villaya gələrək onlara xəbərdarlıq edib.