Karantin bitən kimi istirahətə yollandılar


Şou-biznes 01 İyl 2020 11:57:00 307 0

Karantin bitən kimi istirahətə yollandılar

"Eurovision" iştirakçılarımızdan olan Safurə Əliyeva ailəsi ilə istirahətə yollanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, İstanbulda yaşayan keçmiş müğənni karantin bitən kimi Türkiyənin istirahət bölgələrindən birində dincəlib.

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurə gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb. Şəkillərdə onun həyat yoldaşı, oğlu İsgəndər və qızı Aişə yer alıblar.

Qeyd edək ki, Safurə və Fərhad cütlüyünün 3 övladı var.