"Toy da yoxdur... Nə var satıb, dolanıram"


Şou-biznes 01 İyl 2020 11:27:00 339 0

"Toy da yoxdur... Nə var satıb, dolanıram"

Əməkdar artist Firuzə İbadova "5/5" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni proqramda maddi sıxıntı çəkdiyini bildirib.

Aparıcı Zaur Kamal "Hər zaman əziyyət çəkən xanım olmusuz. İllərdir qohumlara, ana, övlada, övladın uşağına baxır. Deyir, borc içində batıram. Deyir, yaşadığım evə 40 min borcum var. Bu qədər toylara getdiniz, qazandınız, bu qədər pul hara getdi?" deyə, F.İbadovaya sual ünvanlayıb.

Müğənni "Yetim-yesir çoxdur. Qazandığını paylaşmalısan. Toy da yoxdur... Şükür, nə var satıb, dolanıram. O da qurtarandan sonra bilmirəm nə edəcəm" cavabını verib.