Özbəkistanda koronavirusa yoluxmada rekord qeydə alınıb


Dünya 01 İyl 2020 11:12:12 326 0

Özbəkistanda koronavirusa yoluxmada rekord qeydə alınıb

Özbəkistanda son bir gündə koronavirusa yoluxanların sayı daha 329 nəfər artaraq toplamda 8 627 nəfərə çatıb

Özbəkistanda son bir gündə koronavirusa yoluxanların sayı daha 329 nəfər artaraq toplamda 8 627 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, bir günə 329 nəfərin yoluxması gündəlik rekorddur. Bundan öncə ən yüksək yolxuma göstəricisi iyunun 29-da qeydə alınmışdı – 306 nəfər.

Nazirliyindən verilən məlumata görə, Özbəkistanda koronavirusdan sağalmış insanların ümumi sayı 5 682 nəfərə çatıb. Hazırda 2 919 COVID-19 xəstəsi müalicə alır, 6 nəfər ağır vəziyyətdədir.

Ölkədə pandemiyadan ölənlərin ümumi sayı 26 nəfərdir.