Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub


Dünya 01 İyl 2020 11:09:53 360 0

Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub

General-mayor Giorgi Matiaşvili Gürcüstanın Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub.

Giorgi Matiaşvili

General-mayor Giorgi Matiaşvili Gürcüstanın Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu gündən vəzifəsinin icrasına başlayıb.

G.Matiaşvili 2019-cu ildən Baş Qərargahın rəis müavini olub vəuzun illər Gürcüstanın Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, qonşu ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahına 2018-ci ilin dekabrından bu günə qədər general-leytenant Vladimir Çaçibaya rəhbərlik edib.