Gürcüstanda DİN əməkdaşı qətlə yetirilib


Dünya 01 İyl 2020 10:13:39 350 0

Gürcüstanda DİN əməkdaşı qətlə yetirilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı soyuq silahla qətlə yetirilib.

© Report

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı soyuq silahla qətlə yetirilib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Qori şəhərində baş verib.

Şahidlərin sözlərinə görə, qətli törədən şəxs xarici ölkə vətəndaşıdır və DİN əməkdaşı ilə birgə yaşayıb.

Qətldə ittiham olunan şəxs artıq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsininqəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.