Tibbi və qeyritibbi masklaları kimlər istifadə edə bilər?


Digərləri 01 İyl 2020 09:39:00 364 0

Tibbi və qeyritibbi masklaları kimlər istifadə edə bilər?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibbi və qeyri-tibbi masklaların kimlər tərəfindən istifadə edilə bilməsini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, tibbi (həm də cərrahi) maskalar tibb işçiləri, COVİD-19 simptomlu və COVİD-19 virusuna yoluxma halı təsdiqlənmiş və ya şübhəli bilinən insanlara qulluq edən şəxslər tərəfindən istifadə eidlməlidir.

Tibbi maskalar yaşı 60 və daha çox, eləcə də digər sağlamlıq problemləri olan şəxslər tərəfindən COVİD-19 virusunun geniş yayıldığı və ən azı 1 metrlik fiziki məsafə saxlanılmasının mümkün olmadığı yerlərdə istifadə edilməlidir.

Parça maskalar COVİD-19 virusunun geniş yayıldığı, ən azı 1 metrlik fiziki məsafə saxlanılmasının mümkün olmadığı yerlərdə COVİD-19 simptomu olmayan şəxslər tərəfindən istifadə edilməlidir. Bura müxtəlif şəxslərlə yaxın təmasda olan insanlar - sosial işçilər, kassir, xidmət sektorunun işçiləri də daxildir.