Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Digərləri 30 İyn 2020 23:59:00 283 0
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 30-na olan statistik göstəriciləri açıqlayıb.
Son.az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 645 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 482 170 test aparılıb. Aktiv xəstə sayı 7 596 nəfərdir, onlardan 182 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Mənbə: milli.az