Yaqut Qarayeva: Qeyri COVİD xəstələrinin normal müalicəsini istəyiriksə, qaydalara əməl etməliyik


Digərləri 30 İyn 2020 19:33:00 231 0

Yaqut Qarayeva: Qeyri COVİD xəstələrinin normal müalicəsini istəyiriksə, qaydalara əməl etməliyik

Qeyri COVİD xəstələrinin normal müalicəsini istəyiriksə, qaydalara əməl etməliyik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, koronavirus xətələri artdıqca xəstəxanalar bu xəstəlik üçün ayrılır: "Bu da digər xəstələrin müalicəsinə çətinlik yaradır: "Ona görə də mən vətəndaşlarımıza müraciət edirəm ki qaydalara əməl edək. Qaydalara əməl etsək COVİD xəstələrinin sayında artımın qarşısını ala bilərik və nəticədə digər xəstəliklərdən əziyyət çəkən insanlarımızın normal müalicəsinə şərait yaranacaq. Ona görə də, həmin xəstələrin müalicəsi üçün COVİD xəstələrinin artmasının, bu xəstəliyin yayılmasının qarşısını almalıyıq".