Yüngül əlamətləri olan xəstələrin statistikası yenidən formalaşdırılacaq


Digərləri 30 İyn 2020 19:36:00 239 0

Yüngül əlamətləri olan xəstələrin statistikası yenidən formalaşdırılacaq

Evdə müalicə alan COVİD-19 xəstələrinin sayı hələ ki, bəlli deyil. Lakin artıq statistika yeni yanaşma ilə aparılmağa başlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, COVİD-19 xəstəliyindən əziyyət çəkmiş və xəstəxanada müalicə olunan xəstələr evə yazılarkən onlara ambulator müalicə təyin edilir. Bu xəstələr sahə həkiminin nəzarəti altında aparılır:

"Beləliklə, həmin xəstələr yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və ətraf qəsəbələrdə 2000-ə yaxın şəxs poliklinika nəzarətindədir. Amma bundan sonra poliklinika tərəfindən qeydiyyata alınan, aktiv nəzarətə götürülən, yüngül əlamətləri olan xəstələrin statistikası yenidən formalaşdırılacaq".