Bir çox vətəndaşlar koronavirus əlamətlərini gizlədir


Digərləri 30 İyn 2020 19:00:00 250 0

Bir çox vətəndaşlar koronavirus əlamətlərini gizlədir

Bunu etiraf edək ki, bir çox vətəndaşlar COVİD-19-un əlamətlərini hiss edənə qədər onu başqalarına bildirməkdən çəkinirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, belə şəxslər xəstəxanaya yerləşdiriləcəklərindən, planlaşdırdıqları işi görə bilməyəcəklərindən ehtiyat edirlər. Buna görə də bu xəstəliyi müəyyən müddət gizli saxlayırlar: "Onlar özbaşına müalicə tədbirləri görür və müəyyən nəticə gözləyirlər. Nəzərə almalıyıq ki, koronavirusa yoluxma zamanı xəstənin vəziyyətinin dəyişməsi qısa zaman ərzində baş verə bilər. Bu əlamətləri görən kimi həkimə müraciət etməyi tövsiyə edərəm".

Son.az