Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işi daha səmərəli olacaq


Digərləri 30 İyn 2020 18:41:00 254 0

Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işi daha səmərəli olacaq

Poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik. COVİD-19-a yoluxmuş şəxslərin evdə müalicəsi və müşahidəsi aparılması xəstəxanaların, tibb işçilərinin üzərinə düşən yükün aparılması məqsədilə edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyulub: "Təcili tibbi yardımın gec gəlməsi, testlərin gec bilinməsi ilə bağlı faktlar varsa da, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra xəstəxanaların və təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik".