Hikmət Hacıyev: Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir


Digərləri 30 İyn 2020 18:25:00 292 0

Hikmət Hacıyev: Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir

Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

O bildirib ki, Azərbaycan bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir. H.Hacıyev vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə gördüyü ən mühüm işlərdən biri də dövlət başçısının BMT Baş Assamleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü idi.

Təşəbbüsün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsini vurğulayan H.Hacıyev bildirib ki, bu, Azərbaycan dövlətinə olan etimadın və hörmətin bariz nünuməsidir.