"Pandemiya ərəfəsində qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik"


Şou-biznes 30 İyn 2020 18:17:00 54 0

"Pandemiya ərəfəsində qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik"

"Biz başqa xalqlara nəzərən bir qədər duyğulu, istiqanlı xalqıq, duyğularımızı başqalarına nisbətdə daha çox büruzə verməyi xoşlayırıq".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. O bildirib ki, bizdə bu xüsusiyyətimizdən qaynaqlanan sanki bir çəkingənlik də var:

"Həmişə qanımız qaynayır deyə, görüşəndə sarılmağı, qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik. Biz də belə xalqıq. Nə edək? Bu gün, bu pandemiya dövründə bu xasiyyətimizi birdən-birə dəyişdirmək əlbəttə bizə çətin gəlir. Amma nə edək? Qoyulan qaydalara mütləq əməl etməliyik. Dəfələrlə bu barədə demişəm, çünki bizim övladlarımız, gələcəyimiz var. Yaxşı, deyək ki, boş şeydir, inanmırıq, buna görə də özümüzü qorumuruq. Amma biz tək deyilik axı. Əgər özümüzü nəzərə almırıqsa, gələcəyimizi nəzərə alaq. Axı biz övladlarımız üçün canımızdan keçməyə hazır olan xalqıq. Niyə görə əhli-keflik edirik?".

Xalq artisti yay fəsli ilə əlaqədar insanların bayıra çıxmaq, dənizə, sərin bölgələrə getmək istəklərini anladığını da vurğulayıb:

"Amma heç olmasa, duyğularımızı bir balaca kənara qoyaq, səbrlə hərəkət edək ki, xəstələnməyək. Mən hardasa məcbur qalıb qaydaları pozanları başa düşürəm, məcbur olub evinə bir parça çörək aparmaq üçün çölə çıxanları demirəm, bəs məcbur olmayanlar niyə bunu edir, qaydaları pozurlar? Elə ailələr var ki, məhrumiyyətlərə baxmayaraq, hər şeyə dözür, səbr edir. Elələri də var ki, evində hər şəraiti var, bununla belə, qaydaları yenə pozurlar. Biz artıq böyüməliyik, uşaq kimi özümüzü aparmayaq. Heç olmasa, ciddiləşək. Bəziləri arada zarafata salırlar, düzdür, zarafatsız da keçinmək olmur, bunu da başa düşürəm, amma unutmayaq ki, bu ciddi xəstəlikdir, zarafatın da öz yeri var, ciddi yanaşmalı, özümüzü qorumalıyıq".

Z. Xanbabayeva insanlardan səbrli olmağı rica edib:

"Mən xalqımızdan tələb edə bilmərəm, yalnız rica edərəm. Xalq artisti, müğənni, tanınmış bir adam kimi yox, bu xalqın bir nümayəndəsi kimi xahiş edirəm, özünüzü qoruyun, nə qədər bacarırsınız özünüzü qoruyun ki, sabah peşmanlıq olmasın. Bəzən məndən soruşurlar, sən səbr edirsən? Əlbəttə, edirəm. Düzdür, darıxdığım zamanlar da olur. Məsələn, təyyarəyə minmək üçün çox darıxıram. Mən təyyarəni çox sevirəm. Amma indi nə edək? Əgər bütün dünya buna dözürsə, biz də dözək, özümüzə səbr aşılayaq, qoyulan qaydaları qulaqardına vurmayaq. Hər gün nə qədər yoluxma olur. Cahillik, savadsızlıq etməyək, anlayaq ki, nəinki biz, bütün dünya ciddi bir təhlükə ilə üz-üzədir. Səbir edin, məsafə saxlayın, evdə qalın, maska taxın. Başa düşürəm bunları demək asandı, lakin əməl etmək, xüsusən yayda əməl etmək çox çətindir. Amma inanıram ki, bu bəladan üzüağ, alnıaçıq çıxarıq. Mən yenə deyirəm, biz istiqanlı xalqıq, görüşəndə sarılmağı, öpüşməyi sevən xalqıq. Hələlik bunları bir kənara qoyaq, səbrimizi basaq. İnşallah o gün də gələcək, bir-birimizi sarılacağıq, bağrımıza basacağıq. Bu gün isə sosial məsafə saxlayaq, maska taxaq ki, o gözəl günlərə salamat çıxa bilək".

 
Siyəzəndə süni şəkildə toyuqların çəkisini artıran sex bağlandı like
  • 30 İyn 18:16  
Sosial Siyəzəndə süni şəkildə toyuqların çəkisini artıran sex bağlandı

Əldə olunmuş məlumat əsasında Qida Təhlükəsizliyi&Agentliyinin&əməkda

arrow Ətraflı
Prezidentin köməkçisi: "Digər istiqamətlər üzrə çarter reyslərinin təşkili nəzərdən keçirilir" like
  • 30 İyn 18:14  
Siyasət Prezidentin köməkçisi: "Digər istiqamətlər üzrə çarter reyslərinin təşkili nəzərdən keçirilir"

“Artıq Bakı-İstanbul-Bakı istiqaməti üzrə çarter uçuşları həyata k

arrow Ətraflı
Sərt karantin rejimi daha iki həftəlik uzadılacaq  Prezidentin köməkçisi like
  • 30 İyn 18:10  
Digərləri Sərt karantin rejimi daha iki həftəlik uzadılacaq Prezidentin köməkçisi

"Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müh

arrow Ətraflı
Xüsusi karantin rejimi daha iki həftə uzadılır like
  • 30 İyn 18:08  
Sosial Xüsusi karantin rejimi daha iki həftə uzadılır

“Nazirlər Kabineti yanında&Operativ Qərargah Prezident İlham Əliyev&və B

arrow Ətraflı
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib like
  • 30 İyn 18:08  
Siyasət Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Zati-a

arrow Ətraflı
Hikmət Hacıyev: "Koronavirus müharibə kimi qəbul edilməlidir" like
  • 30 İyn 18:05  
Siyasət Hikmət Hacıyev: "Koronavirus müharibə kimi qəbul edilməlidir"

“Azərbaycan milli və qlobal səviyyədə koronavirusla mübarizəyə öz tö

arrow Ətraflı
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü baş tutub like
  • 30 İyn 18:04  
Siyasət Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü baş tutub

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunu

arrow Ətraflı
Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib like
  • 30 İyn 18:03  
Siyasət Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Prezident İlham Əliyev&Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Jü

arrow Ətraflı
Daha 556 nəfərdə koronavirus aşkarlandı, 7 pasiyent öldü, 346 nəfər sağaldı like
  • 30 İyn 18:02  
Digərləri Daha 556 nəfərdə koronavirus aşkarlandı, 7 pasiyent öldü, 346 nəfər sağaldı

Azərbaycanda yeni koronavirus infeksiyasına 556 yeni yoluxma faktı qeydə al

arrow Ətraflı
İki nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır like
  • 30 İyn 18:00  
Sosial İki nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

İki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə

arrow Ətraflı
Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb like
  • 30 İyn 18:00  
Sosial Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Azərbaycanda 556¥i koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

arrow Ətraflı
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir  CANLI YAYIM like
  • 30 İyn 18:00  
Digərləri Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir CANLI YAYIM

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah KİV n

arrow Ətraflı
İyul ayında hərbi xidmətə yola düşəcək çağırışçılara məlumat SMSləri göndərilib like
  • 30 İyn 17:59  
Digərləri İyul ayında hərbi xidmətə yola düşəcək çağırışçılara məlumat SMSləri göndərilib

İyulda müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar

arrow Ətraflı
159 Pakistan vətəndaşı ölkəsinə yola salındı like
  • 30 İyn 17:58  
Digərləri 159 Pakistan vətəndaşı ölkəsinə yola salındı

Bu gün xüsusi reyslə 159 Pakistan vətəndaşı Azərbaycandan Pakistana yola

arrow Ətraflı
Azərbaycanda 3 BOKT-nin vergi borcu var like
  • 30 İyn 17:56  
İqtisadiyyat Azərbaycanda 3 BOKT-nin vergi borcu var

Azərbaycanda fəaliyyət göstərən 45 bank olmayan kredit təşkilatından (B

arrow Ətraflı