İranlı nazir: “Koronavirusa qarşı peyvəndin heyvan üzərində sınağı uğurlu olub, nəticələr ümidvericidir”


Dünya 30 İyn 2020 16:03:00 235 0

İranlı nazir: “Koronavirusa qarşı peyvəndin heyvan üzərində sınağı uğurlu olub, nəticələr ümidvericidir”

İranda yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin heyvan üzərində sınağı uğurla həyata keçirilib.  

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki "Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisi"nin açılış mərasimində bildirib.

O deyib ki, ötən 4 ay ərzində iranlı mütəxəssislərin peyvəndin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir.