Rəqqasə məclisdəkiləri ehtiraslandırır deyə döyüldü


Digərləri 30 İyn 2020 14:39:00 266 0

Rəqqasə məclisdəkiləri ehtiraslandırır deyə döyüldü

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Son.az xarici mətbuata istinadla bildirir ki, kadrlarda rəqqasənin məclisdə oynayarkən sinəsindən təpiklənməsi əks olunub.

Görüntülər Pakistanda lentə alınıb.

Pakistan mətbuatında qeyd olunan məlumata görə, Rəqqasəni döyən şəxs saxlanılıb. O, açıqlamasında bildirib ki, yarıçılpaq qadının başqalarının qarşısında bu formada oynamaq ixtiyarı yoxdur. O, ətrafdakıların rəqqasədən təhrik olunduğunu söyləyib.

Rəqqasənin vəziyyəti barədə məlumat verilmir.

İsmayıl Son.az