Ermənistanda koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atıb


Dünya 30 İyn 2020 11:35:13 207 0

Ermənistanda koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atıb

Onun özlərinə görə, 55 yaşlı pasiyent iyunun 29-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ermənistanda koronavirus diaqnozu qoyulan qadın özünü xəstəxananın pəncərəsindən atıb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunuErmənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Ali Nikoqosyan bildirib.

Hadisə Artaşat xəstəxanasında baş verib.

A.Nikoqosyanın sözlərinə görə, 55 yaşlı pasiyent iyunun 29-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İyunun 30-da isə o, özünü xəstəxananın 3-cü mərtəbəsindəkipəncərədən atıb. Bildirilib ki, hadisə yerində olanlar qadın-pasiyenti dilə tutub, ona təskinlik verməyə çalışsalar da, o, yaşamaq istəmədiyini deyib.

Hadisə nəticəsində həmin şəxs çoxsaylı sınıq xəsarətləri alıb vəYerevana aparılıb. Həkimlər onun səhhətinin ağır olduğunu bildiriblər.

Məlumata görə, həmin qadınəvvəllər də intihara cəhd edib.