Mütəxəssislər Rusiyada peyvənd sınaqlarının nəticələri haqda danışdılar


Dünya 30 İyn 2020 10:49:00 233 0

Mütəxəssislər Rusiyada peyvənd sınaqlarının nəticələri haqda danışdılar

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərində aparılan koronavirus peyvəndi sınaqlarının nəticələrini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" agentliyinə Seçenov Universiteti Dərmanların Klinik Tədqiqatı Mərkəzinin rəhbəri, baş tədqiqatçı Yelena Smolyarçuk məlumat verib. O bildirib ki, peyvənd sınaqlarının nəticələrində az sayda gözlənilən əlavə təsirlərdən başqa ciddi arzuolunmaz mənfi təsirlər müşahidə olunmayıb.

Onun sözlərinə görə, sözügedən əlavə təsirlər post-vaksin təsirləri olaraq bilinir, lokal və ümumi xarakter daşıyır və heç bir müdaxiləyə ehtiyac olmadan öz-özünə keçir. O qeyd edib ki, bu təsirlər peyvənd qəbul edildikdən dərhal sonra və ya sonrakı bir neçə saat ərzində baş verir.

Qeyd edək ki, Seçenov Universitetində koronavirus peyvəndinin klinik sınaqlarının ilk mərhələsi iyunun 18-də başlayıb. 20 könüllüdən ibarət ikinci qrup isə 23 iyun tarixində peyvənd edilib. Smolyarçukun sözlərinə görə, peyvənd iki alt hissədən ibarətdir.

Birinci qrupda könüllülərin yarısına peyvəndin bir alt hissəsi, digər yarısına isə ikinci hissəsi vurulub. Qalan 20 nəfərə isə peyvənd tam vurulub.