İyulavqustda temperaturun normadan yüksək olacağı, isti hava dalğalarının teztez təkrarlanacağı gözlənilir


Digərləri 30 İyn 2020 09:04:00 225 0

İyulavqustda temperaturun normadan yüksək olacağı, isti hava dalğalarının teztez təkrarlanacağı gözlənilir

Bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.

M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.

İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək: