ABŞın kommersiya neft ehtiyatları rekord həddə çatıb


Digərləri 30 İyn 2020 08:18:00 222 0

ABŞın kommersiya neft ehtiyatları rekord həddə çatıb

Neft məhsullarına tələbatın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyəyə - 541 milyon barelə çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Energetika Məlumatları İdarəsinin məlumatında qeyd edilib.

"Son dövrdə neft məhsullarına tələbatın azalması ABŞ-dakı ticarət neft ehtiyatlarının, 19 iyunda bitən həftənin göstəricisinə əsasən, rekord həddə - 541 milyon barelə çatmasına səbəb olub", - məlumatda belə deyilir.

Bu rəqəm 2017-ci il martın sonunda müəyyən edilən əvvəlki rekorddan 5 milyon barel çoxdur. O da bildirilir ki, ABŞ-da neft anbarların yalnız 62%-i dolub.